Azərbaycan və Rusiyanın gömrük orqanları ikitərəfli əməkdaşlığı genişləndirir.
Bu gün Bakıda “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Rusiya Federasiyasının Federal Gömrük Xidməti arasında Protokol” imzalanıb.
Bundan başqa, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.*
N.Abbasova