Estoniya ümid edir ki, Azərbaycan və Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” sammitindən öncə strateji tərəfdaşlıq üzrə yeni sazişə dair danışıqlarda mühüm irəliləyiş əldə edəcəklər. Bu barədə Estoniyanın XİN başçısı Sven Mikser bəyan edib.
“Ümid edirəm ki, cari ilin noyabr ayında Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitindən əvvəl yeni sazişə dair irəliləyiş əldə edəcəyik”, - deyə S.Mikser bildirib.
Nazirin sözlərinə görə, bu saziş tərəflər üçün yeni imkanlar açacaq.
S.Mikserlə müsahibənin tam mətni tezlikləhttp://interfax.az/view/705718saytında dərc ediləcək.**
F.İsazadə