Azərbaycan, Gürcüstan və İran üçtərəfli formatda biznes forum keçirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
"Azərbaycan-Gürcüstan-İran formatında biznes forumun keçirilməsi məsələsi Azərbaycan və Gürcüstanın iqtisadiyyat nazirlərinin görüşündə müzakirə edilib”, - deyə məlumatda bildirilir.
Nazirliyin nümayəndəsi qeyd edib ki, biznes forumun Gəncə şəhərində keçirilməsi nəzərdə tutulur. "Forumun dəqiq tarixi barədə danışmaq hələ tezdir, bu məsələ hələ müzakirə olunur", - deyə o əlavə edib.*
A.Axundov