Moldova prezidenti İqor Dodon iyunun sonunda Azərbaycana səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Prezident Dodon Bakıya iyun ayının sonunda gələcək. Hazırda tərəflər səfərin gündəliyini və tarixini razılaşdırırlar», - deyə məlumatda bildirilir.
İ.Dodon Moldova mətbuatına müsahibəsində qeyd edib ki, gələn həftə Azərbaycana səfər edəcək.
«Gələn həftə mən Moskvadan Azərbaycana rəsmi səfərə gedəcəm. RF rəhbərliyi ilə bu məsələni də müzakirə etmək üçün ola bilsin ki, Moskvada bir gün yubandım», - deyə o bildirib.*
F.İsazadə