1 iyun 2017-ci il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 45,046 min təşkil edir. Bu barədə İB-dən məlumat verilib.
“Cari ilin may ayında İB-də əhali sektoru üzrə 6,431 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 3,599 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 2,832 mini isə regionların payına düşüb”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, 431 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.*
N.Abbasova