Bakı Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov bəyan edib.
“Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür.Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir”, - deyə Z.Həsənov Naxçıvanda Azərbaycan ilə Türkiyə Silahlı Qüvvələrinin birgə əməliyyat taktiki təlimlərini izləyərkən bildirib.
Nazir qeyd edib ki, Əlahiddə Ümumqoşun Ordu yüksək döyüş qabiliyyətinə malikdir və düşmənə layiqli cavab verməyə qadirdir. “Düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində ən peşəkar ordu dayanıb”, - deuə Z.Həsənov əlavə edib. **
R.Babayev