ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Türkiyədə Atlantik Şuranın baş tədqiqatşısı Metyu Brayza Ağ Evin hazırki Administrasiyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcəyi imkanına şübhə ilə yanaşır.
“Münaqişənin yeganə həlli vasitəçilik və liderlik yolu ilə mümkündür. Bunu da Rusiya və ya ABŞ üzərinə götürə bilər. Amma düşünmürəm ki, Tramp (ABŞ-ın hazırki prezidenti - İF) bunun öhdəsindən gəlsin. Buna çoxlu vaxt tələb olunacaq, ABŞ-ın siyasi rəhbərliyində isə bu işi görəcək siyasətçilər yoxdur”, - deyə M.Brayza Bakıda “Caucasus İnternational” jurnalının nəşrinin 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
M. Brayzanın sözlərinə görə, 10 il əvvəl münaqişənin həlli ilə bağlı əsas sənəd imzalanıb.
“Həmin sənəd münaqişənin həllindəfundamental balans yaradır”, - deyə o əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM)direktoru Fərhad Məmmədovöz növbəsində qeyd edib ki, son 25 il ərzində
Cənubi Qafqaz ölkələri və qonşu dövlətlər arasında münaqişələr regionda effektiv daxili siyasi və iqtisadi inteqrasiyanın əsas maneələridir.
“ATƏT-in Minsk qrupunun 25 illik fəaliyyətinə baxmayaraq, Qarabağ münaqişəsi öz ədalətli həllini tapmayıb. Bu gün bölgədə humanitar faciə davam edir: Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün qalmaqdadır. Ölkəmiz uzunmüddətli sülh və təhlükəsizliyin bərqərar olması məqsədilə Ermənistanın təcrid olmasına yönələn məqəsədyönlü siyasət yürüdür. Əfsuslar olsun ki, BMT TŞ-nin üzvləri münaqişənin həlli üçün hüquqi zəmin yaradan qəbul etdikləri 4 qətnaməyə diqqət və məsuliyyətlə yanaşmırlar, həmin qətnamələrin sərbəst izahı ilə məşğuldurlar”, - deyə F.Məmmədov vurğulayıb.
O hesab edir ki, onlar bununla Azərbaycana təcavüzkar ölkənin sülhə məcbur edilməsi istiqamətində müstəqil hərəkət eməkdən başqa digər seçim buraxmayıblar. “Bu məsələdə beybəlxalq hüququn aliliyini dəstəkləyən Türkiyə Ermənistanla sərhədlərini bağlayıb. BMT TŞ-nin daimi üzvlərinin səylərinə baxmayaraq, həmin sərhədlər Azərbaycanın işğal olunan əraziləri azad olunmayana qədər bağlı qalacaq”, - deyə F.Məmmədov vurğualyıb. **
F.İsazadə