Dağlıq Qarabağ münaqişəsinin nizamlanamsı üzrə ATƏT-in Minsk qrupunun həmsədr-ölkələri substantiv danışıqları Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində gərginliyin azalması məqsədilə müşahidə mexanizmlərinin yaradılmasına dair müzakirələrlə əvəz etməyə çalışırlar. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM)direktoru Fərhad Məmmədovbelə hesab edir.
“Azərbaycan rəhbərliyinin rəyinə əsasən, Qarabağ münaqişəsi və onun həllinə dair danışıqların nəticəsizliyi regionda sabitliyə əsas təhdiddir. ATƏT-in Minsk qrupunun həmsədr-ölkələri ölkələri substantiv danışıqları Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində gərginliyin azalması məqsədilə müşahidə mexanizmlərinin yaradılmasına dair müzakirələrlə əvəz etməyə çalışırlar”, - deyə F.Məmmədov “Caucasus İnternational” jurnalının nəşrinin 5 illiyinə həsr edilmiş “Cənubi Qafqaz beynəlxalq arenada: Region və ətrafında əməkdaşlıq və rəqabət" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
F.Məmmədovun sözlərinə görə, “bununla onlar bir tərəfdən status-kvonun qəbuledilməz olduğunu bəyan edirlər, digər tərəfdən isə qeyri-müəyyən vəziyyəti saxalamağa, münaqişəni dondurmağa çalışırlar, bununla da özlərinə zidd hərəkət edirlər”.
“Bir tərəfdən həmsədrlər Azərbaycanın ərazi bütövülüyü tanıyırlar, digər təfədən isə Ermənistana mövqeyinin konstruktiv olmadığını izah etmirlər, işğalçını cəzalandırmağa cəhd göstərmirlər. Bununla yanaşı, həmin ölkələr digər dövlətlər, o cümlədən biri-birinə qarşı tətbiq etdikləri sanksiyaları Ermənistana qarşı tətbiq etmirlər”, - deyə o əlavə edib.
F.Məmmədov bildirib ki, ötən ilin aprel ayının hadisələri bir daha nümayiş etdi ki, Minsk qrupunun həmsədrlərinin səylərinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi dondurulmayıb.
“Həmsədrlərin prinsipial mövqeyinin olmaması cəzasız qalan Ermənistanın öz işğalçı siyasətini davam etməsinə gətirib. Danışıqların başa çatmasının tərəfdarı olan Ermənistan həmsədr-ölkələrin ehtimallarına əsasən qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsi vasitəsilə Minsk qrupunun Azərbaycana təzyiqlərini aktivləşdirməyə cəhd göstərir. Lakin beynəlxalq hüququn tələblərinin Azərbaycanın mövqeyi ilə üst-üstə düşməsi səbəbindən öz planlarını reallaşdra bilməyəcək”, - deyə SAM direktoru bəyan edib. **
F.İsazadə