Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edib.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi dəyişikliyə əsasən isə bank məcburi ehtiyatları hesablama bazasına daxil olan milli valyutada və qiymətli metallarda depozitlər üzrə Mərkəzi Bankda olan manatla müxbir hesabında, xarici valyutada olan depozitlər üzrə isə Mərkəzi Bankda istənilən xarici valyutada olan müxbir hesabında saxlamalıdır.
Qaydaya əsasən banklar məcburi ehtiyatları hesablama bazasına daxil olan depozitlərin valyutasından asılı olmayaraq Mərkəzi Bankdakı istənilən bir və ya bir neçə müxbir hesabda saxlaya bilərlər.
“Yeni dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minir. Onun məqsədi pul təkliflərinə nəzarətin gücləndirilməsi və qiymətlərin sabitliyinin sxlanması, həmçinin pul siyasətinin səmərəliliyinin artırılmasıdır”, - deyə əsnəddə qeyd olunur. **
A.Əzizov