Moldovanın baş naziri Pavel Filip bu ilin payızında Azərbaycana səfər edə bilər. Bu barədə jurnalistlərə Moldavanın Azərbaycandakı səfiri George Leuka məlumat verib.
"P.Filipin səfəri bu ilin payızına - Azərbaycan və Moldova hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçiriləcəyi dövrə planlaşdırılır", - deyə o bildirib.
Səfirin sözlərinə görə, hazırda tərəflər səfərin tarixini və iclasın gündəliyini razılaşdırırlar.*
F.İsazadə