2017-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda ÜDM 0,9% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-may aylarında ÜDM-nin nominal həcmi 25 mlrd. 338,7 mln. manat təşkil edib.
Yanvar-aprel aylarında qeyri-neft ÜDM-in artımı 2,3% - 14 mlrd. 918,5 mn. manat təşkil edib.
Bu dövrdə neft ÜDM-in azalması 6,5%, nominal ifadədə 10 mlrd. 420,2 mln. manat olub.
Ümumi daxili məhsulun 44,1%-i sənayedə, 10,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,3 %-i tikintidə, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrində, 14,5%-i digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,1%-ni təşkil edib.
Yanvar-may aylarında əhalinin hər nəfərinə düşən ÜDM 2,610 min manat təşkil edib (azalma 2%).
Azərbaycan hökuməti 2017-cı ildə iqtisadi artımı 1% səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə respublikada ÜDM 3,9% azalıb.**
N.Abbasova