İran prezidenti Həsən Ruhani Azərbaycanla əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyinə əmindir.
“Əmin olduğumu bildirirəm ki, xalqlarımızın ortaq maraqlarının olduğunu nəzərə alaraq, artan səylərimiz nəticəsində ölkələrimiz arasındakı gözəl qonşuluq münasibətləri ikitərəfli, regional və beynəlxalq səviyyələrdə maraqlarımızın təmin olunması istiqamətində daha da dərinləşəcək”, - deyə H.Ruhani İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd edib.
O, azərbaycanlı həmkarına möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının dövlətinə və xalqına isə rifah və başucalığı arzulayıb.*
R.Babayev