2017-ci ilin I rübündə Azərbaycandan qeyri-neft məhsullarının ixrac həcmi $253,5 mln. təşkil edib, bu da 2016-cı ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 10,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Tədiyə balansına əsasən, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycandan $253,5 mln. dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% çoxdur”, - deyə məlumatda bildirilir.
Birinci rübdə Azərbaycan $3,6 mlrd. ümumi məbləğdə məhsul ixrac edib.
2016-cı ildə qeyri-neft məhsullarının ixrac həcmi 22,6% - $1,2 mlrd.-a qədər azalıb.**
A.Əzizov