İyunun 29-dan etibarən "FlyDubai" aviaşirkəti Qəbələyə uçuşların yerinə yetirilməsinə başlayır. Bu barədə aviaşirkətdən məlumat verilib.
Dubay-Qəbələ reysi mövsümi xarakter daşıyacaq və sentyabrın 17-dək həftədə 2 dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Dubay-Qəbələ istiqaməti üzrə bir istiqamətə “ekonom klass” biletin qiyməti 602 dirhəmdən ($164), “biznes-klass” biletin qiyməti 3,005 dirhəmdən ($800) başlayır.
Qəbələ-Dubay istiqaməti üzrə “ekonom klass” biletin qiyməti $166,34-dən, “biznes-klass” biletin qiyməti $820-dən başlayır. **
N.Abbasova