“Azersu” ASC Bakı şəhərində bir sıra mərkəzi küçələrdə içməli suyun verilməsində məhdudiyyətlər qoyub. Bu barədə ASC-dən məlumat verilib.
“Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsindən keçən 350 mm diametrli magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar bazar ertəsi saat 11:00-dən 18:00-dək Bülbül prospekti, Səməd Vurğun, Nəcəf bəy Vəzirov, Şövqi Abdullayev, Ruhulla Axundov və Sarabski küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda deyilir. **
N.Abbasova