Azərbaycan 2017-ci ilin yanvar-aprel aylarında 3 mlrd. 85 mln. kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövrü ərzində Azərbaycandan ixrac edilmiş qazın ümumi dəyəri $408 mln. 543,9 min (azalma 25,3%) təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Bu dövrdə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $276 mln. 201,4 min dəyərində 1 mlrd. 705,1 mln. kubmetr qaz ixrac edilib.
2016-cı ildə Azərbaycandan $1 mlrd. 142 mln. 66,5 min dəyərində 8 mlrd. 49,1 mln. kubmetr qaz ixrac edilib.
Hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.**
N.Abbasova