Azərbaycan Silahlı Qüvvələrində genişmiqyaslı təlimlərə 23 min nəfərədək şəxsi heyət cəlb olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“İyunun 19-da qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb. Təlimlərə 23 min nəfərədək şəxsi heyət cəlb olunub”, - deyə məlumatda deyilir.
O cümlədən, tələmlərə 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq. **
F.İsazadə