2017-ci ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,1% - 1 mlrd. 139,73 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə avtomobil benzini istehsalı 11,3% - 524,1 min ton, birbaşa qovulan benzin istehsalı 8,9% - 86 min ton, sürtkü yağı istehsalı 1,8 dəfə – 9,1 min ton, neft bitumu istehsalı 26,4% - 60,3 min tonadək, neft koksu istehsalı 21,8% - 84,4 min tonadək artıb.
Hesabat dövründə kerosin istehsalında 7,6 % - 254,4 min tonadək, dizel yanacağı istehsalında 17,7% - 807,6 min tonadək, soba mazutunun istehsalında 35,6% – 241,2 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. **
N.Abbasova