Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən növbəti depozit hərracında 200 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank iyunun 19-da növbəti depozit hərracı keçirib. Hərracda təklif 586,1 mln. manat təşkil etsə də, AMB 200 mln. manat cəlb edib. Orta ölçülmüş faiz dərəcəsi 12,01% təşkil edib”, - deyə məlumatda bildirilir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
A.Əzizov