Prezident İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit təhsil və turizm sahələrində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında təhsil, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, – deyə məlumatda bildirilir.
Prezident İ.Əliyev ölkəmizin Laos Xalq Demokratik Respublikası ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. O, nazir S.Kommasitin ölkəmizə səfərinin iki ölkə arasında əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsinə kömək edəcəyini qeyd edib.
Nazir S.Kommasit Azərbaycanın Laosun sosial-iqtisadi inkişafına, o cümlədən kadr hazırlığı məsələsinə böyük töhfə verdiyini vurğulayıb.*
F.İsazadə