Azərbaycan Banklar Assosiasiyası (ABA) və Dünya Bankının nümayəndələri ölkənin bank sektorunda cari vəziyyəti müzakirə ediblər.
ABA-nın icraçı direktoru Yunus Abdulov və İcra Aparatının baş iqtisadçısı Bəhruz Əhmədov, Dünya Bankından maliyyə və bazarlar üzrə məsləhətçi Michael J.Fuchs arasında görüş keçirilib.
“Görüşdə Azərbaycanda bank sektorunun və maliyyə bazarlarının cari vəziyyəti, sektorda müşahidə olunan ümumi meyillər, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb”, - deyə məlumatda deyilir. **
A.Əzizov