2017-ci ilin yanvar-may aylarında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 3 mlrd. 197,1 mln. kubmetr Azərbaycan qazı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Qeyd olunan dövrdə Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 32,7%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - deyə Komitədən qeyd ediblər.
Ümumilikdə bu ilin yanvar-may aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 9 mlrd. 778,5 mln. kubmetr qaz nəql edilib ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 11,5% çoxdur.
2016-cı ildə “Şahdəniz” yatağıın işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində 7 mlrd. 145,1 mln. kubmetr Azərbaycan qazı ixrac edilib.**
N.Abbasova