Azərbaycan gömrük orqanları 7 kiloqram xalis çəkidə qızıl külçənin ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Biləsuvar Gömrük İdarəsinin əməkdaşları "Qoşa Təpə" gömrük postunda Azərbaycan Respublikasından İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı Cəfərov Vidadi Feyzulla oğlunun idarə etdiyi "Toyoto Prado" markalı minik "Heimann Cargo Vision" rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı avtomobilin motorxanasında 7 kiloqram 058,28 qram təşkil edən müxtəlif formalı və ölçülü qızıl ərintisindən olan külçələr aşkar ediblər”, - deyə məlumatda deyilir.
V.Cəfərov ayrı-ayrılıqda yapışqanlı lentlə sarınmış 11 ədəd bağlamada müxtəlif formalı və ölçülü sarı rəngli, qızıla oxşar metal kütlələri İran ərazisinə keçirmək istəyib. **
R.Babayev