Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Parlamentinin jurnalist Əfqan Muxtarlının işi ilə bağlı iyunun 15-də qəbul etdiyi qətnaməni ədalətsiz hesab edir.
“Avropa Parlamentinin qəbul etdiyi qətnamədə ədalətsizlik var və buna Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov tərəfindən münasibət bildirilib. Bu münasibəti yetərli hesab edir, bundan artığına biz ehtiyac görmürük”, - deyə o qeyd edib.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dövləti siyasətini öz xalqının maraqları üzərində qurur.
“Bizim üçün əsas Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin rəyidir. Əlbəttə, beynəlxalq təşkilatlar bu və ya digər məsələlərə münasibət bildirir, bu onların işi, onların mövqeyidir", - deyə prezident köməkçisi vurğulayıb.*
R.Babayev