SOCAR “Qərbi Abşeron” yatağındakı quyunu qazmadan sonra istismara verib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
32 nömrəli quyu 20 saylı stasionar dəniz özülündən qazılıb. Quyu Qirməki Altı Lay Dəstəsindən elektrikli dalma nasosu üsulu ilə məhsul verib, sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.*
N.Abbasova