İyunun 20-də Bakıda iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrəAzərbaycan-Latviya hökumətlərarası komissiyasının VII iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Latviyanın Bakıdakı səfirliyindən məlumat verilib.
“İclasda iştirak məqsədilə Hökumətlərarası Komissiyanın həmsədri,Latviyanın nəqliyyat naziri UldisAuqulis Bakıya səfər edəcək”, - deyə məlumatda deyilir.
Azərbaycan tərəfindən Komissiyanın həmsədri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur.
Hökumətlərarası Komissiyanın əvvəlki iclası 2016-cı ildə Riqada keçirilib. **
F.İsazadə