Azərbaycan 2017-ci ilin yanvar-may aylarında $557 mln. həcmində qeyri-neft sektoruna aid mal ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında bildirilir.
“Yanvar-may aylarında bu ixrac əməliyyatlarında 1,021 min şirkət iştirak edib”, - deyə məlumatda deyilir.
Yanvar-may aylarında ixracın struktrunda əsas həcm pomidorun ($80,3 mln.), polietilenin ($41,2 mln.), fındığın ($30,5 mln.) payına düşüb.
Hesabat dövründə qeyr-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya ($89 mln.), Türkiyə ($121 mln.), Gürcüstan ($53 mln.), İsveçrə ($40 mln.) və Türkmənistan ($26 mln.) var.
Bu ilin may ayı ərzində 445 şirkət tərəfindən 149 mln. ABŞ dolları həcmində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bununla belə, qeyr-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya ($81 mln.), Türkiyə ($21 mln.), Gürcüstan ($10 mln.), İsveçrə ($4 mln.) və Türkmənistan ($9 mln.) var.
2016-cı ildə Azərbaycan qeyri-neft məhsullarının ixrac həcmini 16,4% - $1 mlrd. 237,1 mln.-dək azaldıb.**
A.Əzizov