2017-ci ilin yanvar-may aylarında Azərbaycanda 1 mlrd. 532,6 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ayları ərzində 1 mlrd. 365,4 mln. manat məbləğində heyvandarlıq, 167,2 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,3% artıb.
Bundan başqa, yanvar-may aylarında respublikada 189 min ton ət (artım 2,9%), 817,8 min ton süd (artım 0,5%), 739,8 mln. ədəd yumurta (artım 6,5%), 12 min ton yun (azalma 6,5%) istehsal edilib.
Bu dövrdə bitkiçilik məhsullarının istehsal həcmi 0,1% artıb.
DSK-nın məlumatına görə, artıq Azərbaycanda kənd təsərrüfatı məhsullarının yığımına başlanılıb. 1 iyun tarixinə respublikada 81,3 min ton kartof (2016-cı ilin yanvar-may ayları ilə müqayisədə artım 46,1%), 107,2 min ton tərəvəz (artım 6,6%), 11,2 min ton meyvə və giləmeyvə, 312,6 ton yaşıl çay yarpağı (azalma 27,1%) və 17,5 min ton dənli bitki yığılıb.*
N.Abbasova