Pekindən Bakıya uçan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus sərnişin təyyarəsi texniki səbəbdən Şoudu hava limanına geri qayıdıb.
“Havaya qalxdıqdan sonra "Boeing 767" hava gəmisinin komandiri geri qayıtmaq barədə qərar qəbul edib və yanacaq sərf etdikdən sonra Bakı vaxtı ilə saat 23:28-də uğurlu eniş edib”, - deyə AZAL-ın məlumatında bildirilir.
Təyyarənin göyərtəsində 170 sərnişin və 11 ekipaj üzvü olub. Eniş ştat rejimində başa çatıb.*
A.Əzizov