Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin yaralanması barədə erməni tərəfinin yaydığı məlumatlara münasibət bildirib.
Ermənistanın sosial şəbəkələrində Azərbaycanın hərbi qulluqçusu Natiq Qurbanovun yaralanmasına dair yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb
“Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə, xidmət etmir”, - deyə nazirliyin bəyanatında deyilir.
Məlumatda qeyd olunur ki, Düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir.Və “uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda“qəhrəman”kimi göstərmək istəyir”.
Nazirlikdən həmçinin bildirilib ki, 16-17 iyun tarixlərində Ermənistan silahlı qüvvələri 6 hərbi qulluqçusunu itirib: “Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxarmaqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir”, - deyə məlumatda vurğulanır. **
A.Əzizov