"AzerGold" QSC Azərbaycanda hasil olunan qızıl və gümüş xəlitələrinin saflaşdırılması üzrə xidmətlərə görə İsveçrənin “Argor-Heraeus SA” şirkətinə 352 min manatdan çox vəsait ödəyəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QSC-dən məlumat verilib.
«AzerGold» bu ilin aprelində "Argor-Heraeus” şirkəti ilə Daşkəsən rayonundakı “Çovdar” yatağından hasil edilən qızıl və gümüş xəlitələrinin saflaşdırılması haqqında müqavilə bağlayıb.
"Bu müqavilə çərçivəsində “AzerGold” “Argor-Heraeus” şirkətinə 352 min 175,67 manat ödəyəcək", - deyə məlumatda bildirilir.*
A.Əzizov