Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda iş üçün müraciət edənlərin sayının azaldığını qeyd edir.
“Hazırda ölkənin əmək bazarında vəziyyət sabitləşib. Yanvar-may aylarında 69,25 min nəfər iş üçün Məşğulluq orqanlarına müraciət edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə azdır”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, ötən ilin hesabat dövründə iş üçün müraciətlərin sayı 141,65 min olub.
«Məşğulluq orqanlarına müraciət edənlərin sayının azalması ölkə rəhbərliyinin turizm, kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, tütünçülük, pambıqçılıq sahələrinin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət sayəsində mümkün olub», - deyə S.Müslümov qeyd edib.*
R.Babayev