Azərbaycan Silahlı Qüvvələri həyata keçirilən operativ-taktiki təlimlər çərçivəsində döyüş tapşırıqlarını icra edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edirlər”, - deyə məlumatda deyilir.
Qoşunların idarə edilməsi tələblərə uyğun olaraq gizli və operativ həyata keçirilir.
“Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.
Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edirlər”, - deyə məlumatda qeyd olunur. **
A.Axundov