Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 2018-ci ilin ikinci yarısında Bakıda Lüksemburqla məsləhətləşmələrin növbəti mərhələsinin keçiriləcəyinə ümid edir.
“2016-cı ilin aprel ayında Lüksemburqda keçirilmiş XİN-lərarası məsləhətləşmələrin ikitərəfli əlaqələrdə səmərəli təcrübənin əsası qoyulub. Sözügedən məsləhətləşmələrin növbəti mərhələsinin 2018-ci ilin ikinci yarısında Bakıda keçiriləcəyinə ümid edirəm”, - deyə E.Məmmədyarov Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və immiqrasiya naziri Jean Asselborna diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubunda qeyd edib.
E.Məmmədyarov Aİ və Lüksemburqla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
J.Asselborn Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, münasibətlərin genmişlənməsi üçün potensialın mövcudluğunu qeyd edib. **
A.Axundov