Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayder 2018-ci ilin may ayında Azərbaycana gələcək. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
«BƏT-in baş direktoru Qay Rayder sabiq prezident Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün gələn ilin mayında Bakıya səfər edəcək», - deyə o, bu gün mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, bu, təşkilatın 2-16 iyun tarixlərində Cenevrədə keçirilən 106-cı sessiyasında Azərbaycanın BƏT-in Rəhbər orqanına üzv seçilməsi sayəsində mümkün olub.
«Azərbaycan 25 ildir üzvü olduğu BƏT-in Rəhbər orqanında təmsil olunmaq hüququ qazanıb», - deyə qeyd edən S.Müslümov ölkəmizin təşkilatla sıx əməkdaşlıq etdiyini vurğulayıb.*
R.Babayev