Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu cari ilin iyun ayı üzrə pensiya ödənişləri vaxtından əvvəl başa çatdıracaq.
“DSMF iyun ayı üzrə pensiya ödənişlərinin Ramazan bayramına qədər tam başa çatdıracaq. Bunun üçün kifayət qədər vəsait var”, - deyə S.Müslümov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, yanvar-may aylarında məcburi sosial sığorta üzrə daxilolmalar üzrə plan 103% icra edilib. Bununla belə, hesabat döründə özəl sektordan məcburi sosial sığorta üzrə daxilolmaların həcmi 50 mln. manat planı ötüb.
“Bu cür templərlə, 2017-ci ilin sonuna mkimi özəl sektordan sosial sığorta üzrə daxilolmalar planlaşdırılan məbləğdən 130-140 mln. manat çox olacaq. Bunun 100-120 mln. manatı pensiyaların ödənişinə yönəldiləcək”, - deyə S.Müslümov vurğulayıb.
26-27 iyun tarixlərində Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. **
R.Babayev, N.Abbasova