Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində iş axtarışı üzrə virtual baza yaradılacaq.
“Nazirlik qarşısında hazırda duran ən aktual vəzifələrdən biri əmək vakansiyalarının virtual bazasının yaradılmasıdır”, - deyə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iki virtual sistemin yaradılması planlaşdırılır.
“Sistemlərdən birinə işəgötürənlər tərəfindən təqdim olunan məlumat daxil olacaq. Əməkdaşı işlə təmin eən hər bir işəgötürən şəxs virtual bazada bu və ya digər vakant ixtisaslar üzrə vakansiyaları qeyd edə biləcək”, - deyə nazir qeyd edib.
Digər sistem isə iş axtaran vətəndaşlara aid olacaq. “Beləliklə, işəgötürənlər və iş axtaran şəxslər hər iki bazada yerləşdirilən məlumatdan istifadə edə biləcəklər”, - deyə nazir vurğulayıb. **
R.Babayev