Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) füçers müqavilələri ilə işləmək üçün klirinq və icra brokerlərinin seçimi üzrə sorğu elan edir. Bu barədə fondun elanında deyilir.
Seçim təklif sorğusu üsulu ilə həyata keçirilir.
Şərtlərə əsasən, fonda klirinq və broker xidmətləri göstərməkdə maraqlı olan şirkətlər investisiya dərəcəsindən aşağı olmayan kredit reytinqinə malik olmalı, National Futures Association (NFA) və CME Goup-un üzvü olmalıdır.
Təkliflər 1 avqust tarixinədək qəbul olunur.*
A.Axundov