Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 80 cinayət faktı qeydə alınıb, onların 11-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 56 nəfər tutulub.
Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.**
R.Babayev