Nazir: “Yanvar-may aylarında Azərbaycanda 31 mindən artıq şəxs işlə təmin edilib”
2017-ci ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin orqanları tərəfindən 31 mindən artıq şəxs işlə təmin edilib.
“Yanvar-may ayları ərzində məşğulluq orqanları 31,3 minə yaxın vətəndaşı işlə təmin ediblər”, - deyə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qeyd olunan dövrdə 58 mindən arıq şəxs peşə hazırlığı və tədris kurslarına yönləndirilib. **
R.Babayev