Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) iki əməkdaşı Türkiyə-İran sərhədində əməliyyat zamanı partlayışda yaralanıb. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
“20 iyun 2017-ci il tarixdə səhər saat 07:15 radələrində əməliyyat zamanı mina hadisəsi baş verib. Hadisə zamanı ANAMA-nın iki əməkdaşı – Həzi Aslanov və Ruslan Qasımov yüngül bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda deyilir.
ANAMA-dan qeyd olunub ki, onlara ilkin tibbi yardım göstərilib və həyat və sağlamlıqları üçün heç bir təhlükə yoxdur
Agentlik tərəfindən Türkiyədə mina təmizləmə işləri aparan “MECHEM” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Türkiyə-İran sərhədində mina təmizləmə əməliyyatları yerinə yetirilir. 19 aprel tarixindən etibarən indiyədək əməliyyatlar zamanı mütəxəssislər tərəfindən minlərlə mina aşkar olunaraq zərərsizləşdirilib. **
R.Babayev