SOCAR-ın “Azneft” İstehsalat Birliyi “Darvin bankası” yatağında 500 saylı özülü əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-dan məlumat verilib.
“Özülün 1619 kvadratmetrlik hissəsi əsaslı təmir edilib, 2350 kvadrat metr sahədə isə korroziyaya qarşı mühafizə tədbirləri aparılıb”, - deyə məlumatda deyilir.
Həmçinin təmir zamanı 40 ədəd möhkəmləndirici svay vurulub, 46 ədəd suüstü əlaqə xətti, bir ədəd piyada körpüsü, 2 yanalma və 2 minik meydançası quraşdırılıb.
“Özüldə aparılmış təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən obyektlərin tikinti norma və qaydalarına uyğunluğu yoxlanılmış və istismara qəbul edilib”, - deyə məlumatda vurğulanır. **
N.Abbasova