Formula 1 üzrə Azərbaycan Qran Prisi 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək. Bu barədə Bakı Şəhər HalqasıƏməliyyatKomitəsindən məlumat verilib.
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2018-ci il üçün Formula 1 üzrə dünya çempionatının ilkin təqvimini dərc edib.
“2018-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisi 27-29 aprel tarixlərində olacaq”, - deyə məlumatda bildirilir.
İlkin təqvimə əsasən növbəti mövsümdə 21 mərhələ nəzərdə tutulub.
2017-ci ildə Formula 1 Azərbaycan Qran Prisi iyunun 23-25-də keçiriləcək.*
R.Babayev