İyunun 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam AllahşükürPaşazadə İlham Əliyevə iftar mərasimində iştiraka görə minnətdarlıq edib.
Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete çıxış ediblər.
Dövlət başçısı mərasimdə nitq söylədi.
Sonra iftar süfrəsi açıldı. **