Azərbaycan Banklar Assosiasiyası (ABA)payızda II Bankçılıq Forumunun keçirilməsini planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABA-dan məlumat verilib.
“ABA-nın iyunun 20-də keçirilən Rəyasət Heyətinin iclasında II Bankçılıq Forumunun keçirilməsinə dair fikir mübadiləsi aparılıb, forumun gündəliyi ilə bağlı təkliflər və digər məsələlər müzakirə edilib. Oktyabr-noyabr aylarında Bakıda II Bankçılıq Forumu keçiriləcək”, - deyə Assosiasiyadan bildiriblər.
ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür. **
A.Əzizov