İyunun 20-də Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclasında Əmanətlərin Sığortalanması Fondunun (ADİF) Himayəçilik Şurasında iştirakçı bankların nümayəndələrinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Şuraya ABA tərəfindən üzvlər təyin edilib.
“Seçkidə 22 bank iştirak edib. Səsvermə nəticəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov və “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasına yenidən üzv təyin olunub”, - deyə ABA-dan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumatda bildirilir.*
A.Əzizov