İyunun 21-də prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Məhkəmə binası Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində inşa edilib.
Ədliyyə naziri Fikrət Məmmədov binada yaradılan şərait barədə prezidentə məlumat verib.*
A.Əzizov