Bakı Beynəlxalq Avtovağzalı qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
“İyunun 23-dən 28-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə həmin günlərdə 200 ehtiyat avtobusun ayrılması nəzərdə tutulub”, - deyə məlumatda deyilir.
Adi günlərdə 300-330 reyslə 7,5-8 min sərnişin daşınması həyata keçirildiyi halda, bayram günlərində təxminən 500-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması gözlənilir. **
N.Abbasova