Prezident İlham Əliyev və Fransa Respublikasının sabiq baş naziri, “Villepin International” şirkətinin prezidenti Dominik de Vilpen Bakı ilə Paris arasında əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edirlər.
Dövlət başçısının saytında verilən məlumata görə, iyunun 21-də baş tutan görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, energetika, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və əməkdaşlığımızın bundan sonra da möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.*
R.Babayev