Hazırda Bakıda və regionlarda 10-a yaxın məhkəmənin yeni inzibati binaların inşası aparılır. Bu barədə ədliyyə naziri Fikrət Məmmədov bəyan edib.
“Hazırda 9 məhkəmə, o cümlədən Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhərinin Binəqədi, Suraxanı, eləcə də Zaqatala, Qəbələ və Masallı Rayon məhkəmələrinin yeni inzibati binalarının inşası aparılır”, - deyə F.Məmmədov bildirib.
Nazir vurğulayıb ki, son illər paytaxtda və bölgələrdə 12 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilib. **
R.Babayev